“Hamının umacağı var, hətta dostlarımızın da...” - Arif Rəhimzadə

 “Hamının umacağı var, hətta dostlarımızın da...” -    Arif Rəhimzadə
  11 Oktyabr 2019    Oxunub:2192
“Ölkə bələdiyyə seçkilərinə hazırlaşır, ciddi sınaq qarşısındayıq, bir neçə dəfə bu sınaqdan çıxmışıq. Azərbaycan elə bir məkanda yerləşir ki, hamının umacağı var. Hətta dostlarımızın da. Çalışırlar ki, hansısa formada təzyiq etsinlər”.

Azvision.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə dairə seçki komissiyalarının sədrləri üçün keçirilən seminar-müşavirədə deyib.
Onun sözlərinə görə, əsas məsələ Azərbaycan dövlətinin, xalqının maraqlarını qorumaqdır.

Bundan başqa, A.Rəhimzadə qeyd edib ki, bələdiyyələr vergilərini tam yığa bilmir. Çünki ərazilərinin dəqiq sərhədini bilmirlər: "Bu problemin həlli üçün hazırda iş aparılır".

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Arif-Rəhimzadə  





Xəbər lenti