Aİ-nin xüsusi nümayəndəsi Bakıya gəlir

Aİ-nin xüsusi nümayəndəsi Bakıya gəlir
  11 Oktyabr 2019    Oxunub:2402
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Bakıya səfər edəcək.
Bu barədə Azvision.az -a açıqlamasında Aİ-nin Bakıdakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas bildirib. Onun sözlərinə görə, səfər oktyabrın sonuna planlaşdırılır.

Klaarın Bakıda ölkə rəsmiləri ilə keçiriləcək görüşlərdə Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq, Dağlıq Qarabağ münaqişəsinin həlli və digər məsələlər müzakirə ediləcək.

Xatırladaq ki, Aİ nümayəndəsinin Bakıya sonuncu səfəri cari ilin iyun ayında olub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ToivoKlaar  





Xəbər lenti