“Asayişin pozulmasına cəhd olarsa, qarşısı qətiyyətlə alınacaq” - Oruc Zalov

“Asayişin pozulmasına cəhd olarsa, qarşısı qətiyyətlə alınacaq” -  Oruc Zalov
  11 Oktyabr 2019    Oxunub:4971
“Bu gün müasir texnologiyalar dövründə demokratik və aşkar keçirilən seçkilərə xələl gətirmək istəyənlər də olmamış deyil. Kimsə cibində kamera ilə hansısa nöqsanı tapıb şişirtmək məsqədilə təxribat xarakterli addımlar ata bilər"

Azvision.az xəbər verir ki, bunu Azərbaycan Daxili İşlər nazirinin müavini, general-leytenant Oruc Zalov dairə seçki komissiyalarının sədrləri üçün keçirilən seminar-müşavirədə deyib.
Nazir müavini bildirib ki, dairə seçki komissiyalarının polislə birgə apardığı iş emosiyaya qapılmadan olmalıdır: "Bəlkə də polisi məntəqəyə dəvət etmədən bu məsələləri yerində və vaxtında həll etmək lazımdır ki, polis müdaxiləsi olmasın, beynəlxalq səviyyədə də bu məsələ qaldırılmasın. Sözsüz ki, sizin qanuni tələblərinizi vaxtında yerinə yetirməyən, işinizə mane olmağa çalışanlarla bağlı tədbir görülməsi üçün bir çağırışınız kifayətdir ki, polis köməyə gəlsin”.

O.Zalovun sözlərinə görə,heç kəsə imkan verilməyəcək ki, nə məntəqələrin, nə də dairələrin işinə mane olsun: “Bələdiyyə seçkləri ən yüksək səviyyədə keçiriləcək. Daxili İşlər Nazirliyinin rəhbərliyinin tapışırığı ilə sizə bildirirəm ki, asayişin pozulmasına heç bir cəhd ola bilməz. Belə bir hal olarsa, qarşısı qətiyyətlə alınacaq.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Oruc-Zalov   DİN   Seçki  





Xəbər lenti