İstirahət günləri üçün hava proqnozu

  11 Oktyabr 2019    Oxunub : 1504
 İstirahət günləri üçün hava proqnozu
Ölkə ərazisində istirahət günləri üçün hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azvision.az -a verilən məlumata görə, Böyük və Kiçik Qafqazda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı, yüksək dağlıq ərazilərdə sulu qar yağacağı ehtimalı var. Oktyabrın 13-də hava əsasən yağmursuz keçəcək. Qərb küləyi oktyabrın 12-də bəzi yerlərdə arabir güclü olacaq. Havanın temperaturu dağətəyi rayonlarda 20-25, dağlıq rayonlarda 12-17 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsində hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin oktyabrın 12-si axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 20-25, dağlıq rayonlarda 14-17 dərəcə isti təşkil edəcək.

Qazax-Gəncə zonasında havanın əsasən yağmursuz keçəcəyi, lakin oktyabrın 12-si gün ərzində bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi oktyabrın 12-də ayrı-ayrı yerlərdə arabir güclü olacaq. Havanın maksimal temperaturu 20-25 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin oktyabrın 12-si axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi oktyabrın 12-də ayrı-ayrı yerlərdə arabir güclü olacaq. Havanın maksimal temperaturu 23-28 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin oktyabrın 12-si axşama doğru bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın maksimal temperaturu 25-30 dərəcə isti təşkil edəcək.

Paytaxtda isə hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Lakin oktyabrın 12-də bəzi yerlərdə yağış yağacağı, şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Oktyabrın 13-də mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gündüz 20-23 dərəcə isti təşkil edəcək.

Azvision.az

Teqlər: Hava   ETSN