Dövlət Komitəsinin nümayəndə heyəti Polşada səfərdədir
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov səmimi münasibətə görə Qniezno şəhərininin meri və nümayəndə heyətinə təşəkkür edib, ölkələrimiz arasındakı isti münasibətlərin daha da dərinləşməsi, buradakı Azərbaycan diasporunun və Azərbaycandakı polyak icmasının fəaliyyəti barədə fikirlərini bölüşüb.
Tədbirdə Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri H.Həsənov iştirak edib və Azərbaycan-Polşa əlaqələrinin inkişafı ilə bağlı çıxış edib.
Görüş zamanı xatirə hədiyyələri təqdim olunub.
Xatırladaq ki, Polşanın qədim paytaxtı sayılan Qniezno şəhərindəki “Azərbaycan-Polşa Dostluq” abidəsi Azərbaycan-Polşa əlaqələrinin inkişafına müstəsna töhfələr vermiş Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində ucaldılıb.
Abidə üz-üzə dayanmış palıd ağacı yarpağı formasındadır və onun iç tərəfində Azərbaycanın və Polşanın müasir siyasi xəritələri təsvir edilib. Abidə üzərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Polşa haqqında, polyak əsilli Roma Papası II İohann Pavelin Azərbaycan haqqında söylədiyi fikirləri yer alıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyətinin Polşaya səfəri davam edir.
Azvision.az