Üç marşrutun hərəkət sxemi dəyişir

Üç marşrutun hərəkət sxemi dəyişir
  12 Oktyabr 2019    Oxunub:1392
Oktyabrın 13-ü axşamdan Akademik Şəfaət Mehdiyev küçəsinin General Akim Abbasov və Əbdürrəhim bəy Haqverdiyev küçələri arasında yerləşən hissəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyətlər tətbiq ediləcək.
Bakı Nəqliyyat Agentliyindən Azvision.az -a verilən məlumata görə, bu səbəbdən də 6, 17 və 59 nömrəli müntəzəm marşrutlar üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.

Dəyişiklik yolda təmir işləri yekunlaşanadək qüvvədə qalacaq.





Azvision.az


Teqlər:





Xəbər lenti