Qubada “Alma bayramı” keçirilir - FOTOREPORTAJ

   Qubada “Alma bayramı” keçirilir -    FOTOREPORTAJ
  12 Oktyabr 2019    Oxunub:7802
Quba rayonunda 6-cı “Alma Bayramı” keçirilir.

Azvision.az -ın məlumatına görə, bayram tədbirində bir çox rayonların icra başçıları, Milli Məclisinin deputatları, xarici ölkə səfirləri, tanınmış elm və incəsənət xadimləri iştirak ediblər.


Qubanın icra başçısı Ziyəddin Əliyev çıxış edərək bildirib ki, “Alma Bayramı”nın keçirilməsi məqsədilə rayonda genişmiqyaslı hazırlıq işləri aparılıb.

"Məlum olduğu kimi, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında respublikamızda qeyri-neft sektorunun, xüsusilə də kənd təsərrüfatının inkişafı istiqamətində mühüm islahatlar həyata keçirilir. “Alma Bayramı”nın keçirilməsində əsas məqsəd rayon iqtisadiyyatının əsasını təşkil edən meyvəçiliyin, eləcə də məşhur Quba almasının daha geniş miqyasda təbliğ olunması ilə yanaşı, Qubanın zəngin və qədim tarixini, gözəl adət-ənənələrini, mətbəxini, müxtəlif sənətkarlıq sahələrini, iqtisadi və turizm potensialını, mədəniyyətini, incəsənətini, rayonda mövcud olan multikultural və tolerant dəyərləri daha yüksək səviyyədə nümayiş etdirməkdən ibarətdir".



Deputat Vahid Əhmədov isə deyib ki, Qubada hər il 120 min tona yaxın alma istehsal olunur. "Alma həm yerli bazara, həm də MDB bazarlarına çıxarılır. Qubaya son illər çox böyük diqqət edilir. Qubada respublikanın digər rayonlarında olduğu kimi kənd təsərrüfatına maraq artır. Hər bir fermerə, sahibkara yardımlar edilir. Burada Yaponiyadan, Fransadan gətirilən alma sortları yetişdirilir".

Çıxışlardan sonra bayram paradı keçirilib.

Qeyd edək ki, Qubada "Alma bayramı" Dövlət Turizm Agentliyinin dəstəyi, Kənd Təsərrüfatı Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilir.



































Aytən Zəhra
Azvision.az


Teqlər: Quba   Alma-bayramı  





Xəbər lenti