“Rusiya müdafiə sistemini inkişaf etdirəcək” - Putin

“Rusiya müdafiə sistemini inkişaf etdirəcək” -  Putin
  12 Oktyabr 2019    Oxunub:2612
Rusiya istənilən raket əleyhinə kompleksdən hücumu dəf edə biləcək müdafiə sistemini inkişaf etdirəcək.
Azvision.az xəbər verir ki, bunu KİV-ə müsahibəsində Rusiya prezidenti Vladimir Putin deyib.

“Biz bunu edəcəyik. Çünki raket kompleksindən müdafiə sistemləri ballistik trayektoriya boyunca uçan ballistik raketlərə qarşı işləyir. Biz onları dəfələrlə təkmilləşdirməklə yanaşı, dünyada heç kimə məxsus olmayan digər silahları da yaratmışıq",- deyə Rusiya prezidenti bildirib.

Putin eyni zamanda, NATO-nun Rusiyanın sərhədlərinə doğru irəliləməsinə görə təhlükə hiss edib-etməmələri barədə suala da cavab verib:

“Biz bunu həmişə hiss edirdik, həmişə bu barədə danışırdıq. Bizə hər zaman belə cavab verirlər: "Qorxmayın, bu, sizə qarşı deyil və narahatçılığa əsas yoxdur, çünki NATO dəyişir, artıq o qədər də hərbi təşkilat deyil, qeyri-aqressiv xarakter daşıyır və s”.

Putin xatırladıb ki, alyans üzvlərinə hərbi dəstək verən NATO-nun nizamnaməsi dəyişdirilməyib.

"Bu, hərbi blokdur. Əlbəttə, hərbi blokun infrastrukturu sərhədlərimizə yaxınlaşanda, bizə sevinc gətirmir".

P.Sultanova
Azvision.az


Teqlər: Rusiya   Putin  





Xəbər lenti