Zərdabda qəza: 4 kənd qazsız qaldı

 Zərdabda qəza:  4 kənd qazsız qaldı
  12 Oktyabr 2019    Oxunub:2290
Bu gün Zərdab rayonunun 4 kəndinin qaz təchizatında fasilə yaranıb.
Bu barədə Azvision.az -a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Zərdab rayonunun Alıcanlı 1, Alıcanlı 2, Çallı, Məlikumudlu kəndlərini təbii qazla təmin edən 160 mm diametrində yeraltı orta təzyiqli qaz kəmərini qazıntı işləri aparılan texnika ilə zədələyiblər. Saat 15:00-dan 4 kənddə xeyli sayda abonentin qaz təminatında fasilə yaranıb.

Azvision.az



Teqlər: Azəriqaz  





Xəbər lenti