“Sabah layiqli oyun göstərməyə çalışacağıq” - Nikola Yurçeviç

“Sabah layiqli oyun göstərməyə çalışacağıq” -    Nikola Yurçeviç
  13 Oktyabr 2019    Oxunub:1837
Sabah hər iki komanda üçün vacib oyun olacaq. Macarıstan yığmasının Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaq şansı davam edir. Biz isə yüksələn qrafiki davam etdirmək istəyirik. Uels və Xorvatiya millilərinə qarşı yaxşı futbol sərgilədik.
Azvision.az AFFA-ya istinadən xəbər verir ki, bu sözləri “Avro 2020”nin seçmə mərhələsində Budapeştdə Macarıstan yığması ilə qarşılaşacaq Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç deyib.

Xorvatiyalı mütəxəssis bildirib ki, üç əsas futbolçumuz müxtəlif səbəblərdən bu oyunda iştirak edə bilməyəcək. Buna baxmayaraq, biz yenə də layiqli oyun göstərmək istəyirik. Macarıstan yığmasına böyük hörmətlə yanaşırıq.

Komandanın üzvü Emil Balayev qeyd edib: “Oyuna yaxşı hazırlaşmışıq. Komandamızda əhval-ruhiyyə yüksəkdir. Sabah bizi maraqlı oyun gözləyir. Futbol kollektiv oyunudur. Xorvatiya ilə Bakıda keçirdiyimiz oyunda millidə debüt etdim. İlk oyunum olmasına baxmayaraq, gərgin deyildim, çünki komanda yoldaşlarım mənə inam nümayiş etdirirdilər. Düşünürəm ki, sabah da həyəcanlı olmayacağam”.

Qeyd edək ki, oktyabrın 13-də Budapeştdəki “Groupama Arena”da keçiriləcək matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Azvision.az



Teqlər: NikolaYurçeviç  





Xəbər lenti