Bu il Bakı-Sumqayıt qatarı ilə 1,2 milyon sərnişin daşınıb

  14 Oktyabr 2019    Oxunub : 1132
Bu il Bakı-Sumqayıt qatarı ilə 1,2 milyon sərnişin daşınıb
"Cari ilin 8 ayı ərzində dəmir yolları ilə 2 210 055 sərnişin daşınıb".
Bu barədə Azvision.az -ın sorğusuna cavab olaraq "Azərbaycan Dəmir Yolları"QSC-dən məlumat verilib.

Bildirilib ki, daşınan sərnişinlərdən 92 min 697 nəfəri Bakı-Gəncə-Bakı istiqamətində elektrik qatarından istifadə edib. 1 231 965 sərnişin isə Bakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edib.

Aytən Zəhra
Azvision.az

Teqlər: Qatar   Bakı   Gəncə   Sumqayıt   Sərnişin   ADY