Komitə sədri Cəlil Məmmədquluzadənin nəticəsi ilə görüşüb

  14 Oktyabr 2019    Oxunub : 1796
Komitə sədri Cəlil Məmmədquluzadənin nəticəsi ilə görüşüb
Diasporla İş üzrə Dölət Komitəsinin nümayəndə heyəti Polşadakı Azərbaycan icması ilə görüş keçirilib.
Komitdən Azvision.az -a verilən məlumata görə, görüşdə Dövlət Komitəsinin sədri Fuad Muradov iştirak edib. Polşa Azərbaycanlıları Birliyi, Varşava Azərbaycanlıları Birliyi, Polşada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi və Polşa Azərbaycanlıları Assosiasiyası, eləcə də bu təşkilatların ətrafında həmrəy olan onlarla azərbaycanlının iştirakı ilə keçirilən tədbir dövlət himnimizin səsləndirilməsi ilə başlayıb.

F.Muradov Polşada keçirilən görüşlərin əhəmiyyətindən və səmərəsindən danışıb. Komitə sədri bildirib ki, dünya azərbaycanlılarına sonsuz hörmət və qayğının əsasını ümummilli lider Heydər Əliyev qoyub və bu siyasət eyni səviyyədə davam edir.

Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri Həsən Həsənov Polşadakı Azərbaycan icmasının fəaliyyətindən danışıb, Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin Polşaya ilk səfərini müsbət qiymətləndirib və görüşlərin olduqca səmərəli keçdiyini qeyd edib. Səfir “Azərbaycan diasporunun polyak dostları” adlı bir qrupun formalaşdırılmasının da gələcəkdə əhəmiyyətli ola biləcəyini təklif kimi səsləndirib.

Dövlət Komitəsinin sədri Cəmil Məmmədquluzadənin nəticəsi və onun oğlunun görüşdə iştirakının xüsusi önəm daşıdığını diqqətə çatdırıb. C.Məmmədquluzadə nəslinin davamçıları olan Martin Cavanşiri və onun oğlu Przemek Cavanşirini xüsusi salamlayıb, onların burada olmasının böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Daha sonra F.Muradov Polşada və ümumiyyətlə Avropada Azərbaycan diasporunun fəaliyyəti, müxtəlif ölkələrdə açılan “Qarabağ” Azərbaycan məktəbləri, idmançılarımızın beynəlxalq yarışlarda iştirakı zamanı xaricdə yaşayan azarkeşlərin fəallığı, türkdilli diasporların birgə işləməsinin səmərəsi və s. haqqında danışıb.

Azərbaycan Diasporuna Dəstək Fondunun rəhbəri Elşad Əliyev görüş iştirakçılarına Fondun, Polşadakı Azərbaycan Ticarət Evinin rəhbər Nemət Nağdəliyev isə rəhbərlik etdiyi təşkilatın fəaliyyəti haqqında ətraflı məlumat veriblər.

Sonda C.Məmmədquluzadə nəslinin davamçılarına xatirə hədiyyələri və Azərbaycanla bağlı kitablar verilib. Polşadakı Azərbaycan icması ilə görüş qarşılıqlı fikir mübadiləsi ilə yekunlaşıb.

Azvision.az

Teqlər: Polşa   Diaspora