​Kürdəmirdə avtomobil yanıb

​Kürdəmirdə avtomobil yanıb
  15 Oktyabr 2019    Oxunub:2130
Kürdəmir rayonunda yanğın olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, rayonun Pirili kəndində “NİVA” markalı minik avtomobilinin yanar hissələri və yol kənarında 15 m² sahədə qamışlıq yanıb. Yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: FHN   Yanğın  





Xəbər lenti