Uşaqların 8 faizi intihar etmək istəyib - SORĞU

Uşaqların 8 faizi intihar etmək istəyib -  SORĞU
  15 Oktyabr 2019    Oxunub:2416
"Azərbaycanda 2016-2018-ci illər üzrə aparılan sorğunun nəticələrinə əsasən, uşaqların 8 faizi həyatında intihar etməyi ağlından keçirib. Bu digər ölkələrlə müqayisədə böyük rəqəm olmasa da, bizi düşünməyə vadar edir".
Azvision.az xəbər verir ki ki, bunu "10 oktyabr Ümumdünya Psixi Sağlamlıq günü"nə həsr olunmuş "Psixi Sağlamlıq: intiharların profilaktikasında tibbi və icma əsaslı yanaşmalar" adlı Elmi Praktik Konfransda İctimai Səhiyyə və İsahatlar Mərkəzinin direktoru Qəhrəman Haqverdiyev deyib.

O qeyd edib ki, mərkəz tərəfindən məktəblilər arasında sorğu keçirilib: "Sorğuya görə, uşaqların təxminən 5 faizi mübahisələrin və zorakılığın şahidi olur. 32 faizi son bir ildə ən azı bir dəfə həmyaşıdları ilə mübahisə yaşayır. 14 faiz respondentlər ay ərzində internetdən istifadə edərək digər şəxslərlə kobud davranır və alçaldıcı rəftar edirlər. Buna kiberbulinq deyilir. Uşaqların dörddə biri iki həftə və daha çox müddətdə özünü kədərli və ümidsiz hiss edir. Ümumilikdə respondentlərin 2 faizi 12 ay ərzində intihar cəhdi barədə ciddi şəkildə düşünüb".

Q.Haqverdiyev əlavə edib ki, son 12 ayda intihar haqqında ciddi düşünən qadınların sayı əhəmiyyətli dərəcədə artıb: "Xüsusən burada şəhərlərdə yaşayanlar üstünlük təşkil edib. Respondentlərin təxminən 10 %-i intihara təşəbbüs göstərib. Bu faktlar göstərir ki, psixi saglamlığa qayğı insanın doğulduğu gündən başlamalıdır".

Aytən Zəhra
Azvision.az


Teqlər: Sağlamlıq   İntihar  





Xəbər lenti