Ərdoğan Bakıda Özbəkistan lideri ilə görüşüb

  15 Oktyabr 2019    Oxunub : 1106
Ərdoğan Bakıda Özbəkistan lideri ilə görüşüb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb.
Azvision.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, görüş Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının (Türk Şurası) 7-ci Zirvə toplantısı çərçivəsində baş tutub. Bir saat davam edən müzakirələr mətbuata qapalı olub.

Görüşdə xarici işlər naziri Mövlud Çavuşoğlu, sənaye və texnologiya naziri Mustafa Varank və ticarət naziri Ruhsar Pekcan da iştirak ediblər.

P.Sultanova
Azvision.az

Teqlər: Türkiyə   Ərdoğan   Özbəkistan