3-4 banka enerji içkisi narkotik effekti verir

 3-4 banka enerji içkisi narkotik effekti verir
  15 Oktyabr 2019    Oxunub:2229
"Son aylarda məktəblərdə energetik içkilərdən istifadə edən şagirdlərin sayı artır".
Azvision.az xəbər verir ki, bunu Respublika Narkoloji Mərkəzin direktoru Araz Manuçəri jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, energetik içkilərdən həftədə 1-2 dəfə istifadə ziyan törətmir.

"Energetik içkilərin fəsadları gələcəkdə bəlli olacaq. Amma bu içkilərin dolayı ziyanı daha təhlükəlidir. Orqanizm öyrəşir və gələcəkdə uşaqların aktivləşdirici maddələrə meyilləri artacaq. Bu içkiləri qəbul edən uşaqlar elə bilirlər ki, onlar daha aktivdir və beyinləri daha yaxşı çalışır. Amma bilməlidir ki, gündəlik 3-4 bankadan artıq qəbul edilirsə, bu narkotik effekti verir".

Aytən Zəhra
Azvision.az


Teqlər: Energetik   İçki  





Xəbər lenti