Prezident yeni Baş nazir təyinatından danışdı

Prezident yeni Baş nazir təyinatından danışdı
  17 Oktyabr 2019    Oxunub:8943
“Bir neçə gün bundan əvvəl mənim Sərəncamımla Əli Əsədov Baş Nazir vəzifəsinə təyin edilib. Əli Əsədov uzun illər mənim köməkçim kimi fəaliyyət göstərib”.

Azvision.az xəbər verir ki, bunu Prezident İlham Əliyev ötən gün keçirilən iqtisadi müşavirədə deyib.
Ölkə başçısı Əli Əsədovun Baş nazir təyin edilməsi ilə bağlı bildirib: “Əminəm ki, Baş Nazir kimi o, mənim tərəfimdən qarşıya qoyulan vəzifələri icra edəcək. Əsas vəzifə iqtisadi artımı daha da yüksək rəqəmlərə qaldırmaq və islahatları davam etdirməkdir”.

Prezident Əli Əsədovun qarşısında bir sıra tapşırıqlar qoyduğunu qeyd edib: "Mən Əli Əsədovu bu vəzifəyə təyin edərkən ona bir çox vəzifələr tapşırdım. Onun qarşısına vəzifə qoydum ki, islahatlar aparılmalıdır, o cümlədən kadr islahatları. Müasir dünyagörüşlü, müasir iqtisadiyyatı bilən, savadlı gənc kadrlar işə cəlb edilməlidir. Biz XXI əsrdə yaşayırıq, köhnə təfəkkürlə, köhnə biliklərlə gələcəyə necə gedə bilərik? Nə qədər biz təbii resurslara arxalanaraq, necə deyərlər, belə ətalət yolu ilə gedə bilərik? Düzdür, islahatlar aparılır, dediyim rəqəmlər bunun əyani sübutudur. Hər bir ölkə bu nəticələrlə öyünə bilər. Ancaq biz bilirik ki, ehtiyatlarımız çoxdur. Onu da bilirik ki, əgər hər hansı dövlət və ya özəl quruma təmiz, bilikli və Vətənə bağlı kadr gətirilirsə, biz orada dərhal dəyişiklikləri görürük"

Qeyd edək ki, Əli Əsədov bu ilin oktyabr ayının 8-də Azərbaycan Respublikasının Baş naziri təyin olunub.

Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev   Əli-Əsədov   Baş-Nazir  





Xəbər lenti