Elmar Məmmədyarov: “Nyu-York görüşü məni məyus etdi”

  17 Oktyabr 2019    Oxunub : 1784
Elmar Məmmədyarov: “Nyu-York görüşü məni məyus etdi”
“Əgər biz həqiqətən də irəliləmək və Dağlıq Qarabağ münaqişəsinin siyasi həllini istəyiriksə, əlbəttə, substantiv danışıqlara başlamalıyıq”

Azvision.az xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov “İzvestiya” qəzetinə müsahibəsində deyib.
O, bir ay əvvəl erməni həmkarı Mnatsakanyanla Minsk qrupunun həmsədrlərinin iştirakı ilə ABŞ-da görüşdüyünü xatırladıb.

“Təəssüf ki, biz danışıqlar barədə yox, görüş haqqında müzakirələr aparırıq. Erməni həmkarımla son görüş Nyu-Yorkda Minsk qrupunun həmsədrlərinin iştirakı ilə keçirildi, sözün düzü, bundan bir qədər məyus oldum.

Bəli, biz danışıqlar apardıq, amma Minsk qrupunun həmsədrləri bir anda dedilər: baxın, başa düşürsünüz, təmas xəttində hərbi əməliyyatlar...

Obyektivlik naminə, son illərə nəzər salaq, artıq nə qədər davam edə bilər? Praqadan başladıq, Madrid sənədi ilə nəticələndik. Bütün dövrlərdə təmas xətti çox qaynar olub.

Bununla belə, problemləri həll edə, irəliləyə bilərdik. İlk növbədə hərbçilərin əsgər yataqxanalarına qayıtmalarını və daimi yaşayış yerlərindən didərgin düşmüş insanların evlərinə dönmələrini təmin etmək lazımdır. Bundan sonra bütün digər məsələlər həll oluna bilər".

P.Sultanova
Azvision.az

Teqlər: XİN   Məmmədyarov