“4000 şagirdin sinifdə qalması narahatedici məqamdır” - Ceyhun Bayramov

 “4000 şagirdin sinifdə qalması narahatedici məqamdır” -  Ceyhun Bayramov
  17 Oktyabr 2019    Oxunub:1806
Təhsil naziri Ceyhun Bayramov ötən il Azərbaycanda 4000 şagirdin sinifdə qalması məsələsinə münasibət bildirib.
Azvision.az xəbər verir ki, nazir bunun təhsil sistemi üçün narahatedici məqam olduğunu deyib. Onun sözlərinə görə, qanunvericilikdə şagirdlərin sinifdə saxlanılmasının xüsusi meyarları var:

"Meyarlara əsasən orta ümumtəhsil məktəblərində təhsil səviyyəsində şagirdin il ərzində 4 və daha çox fəndən davamiyyətsizliyi varsa, onda şagird sinifdə saxlanıla bilər. Fənlərin sayı 4-dən azdırsa, yay tapşırıqları verilir. Tapşırıqların nəticəsi olaraq tədris öncəsi onların bilikləri yenidən qiymətləndirilir və növbəti sinfə keçirilir".

Azərbaycanda 1 milyondan çox şagirdin təhsil aldığını deyən nazir qeyd edib ki, əgər sinifdə saxlanılan şagirdlərin sayı 4000-dən çoxdursa, deməli onlar bir çox fənlərdən proqramı mənimsəyə bilməyiblər: "Yaxud da üzrsüz səbəbdən uzun müddət dərslərdə iştirak edə bilməyiblər. Bu da tədris proqramının mənimsənilməməsi üçün daha bir səbəbdir".

Aytən Zəhra
Azvision.az


Teqlər: Nazir   Təhsil  





Xəbər lenti