Qarabağın azərbaycanlı icmasının rəhbəri həmsədrlərlə görüşüb

   Qarabağın azərbaycanlı icmasının rəhbəri həmsədrlərlə görüşüb
  17 Oktyabr 2019    Oxunub:1677
Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının nümayəndələri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüblər.
Azvision.az xəbər verir ki, icmanın rəhbəri Tural Gəncəliyev görüşdə Azərbaycan cəmiyyətinin Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsindən narahatlığını diqqətə çatdırıb.

Qeyd edib ki, Minsk qrupu münaqişənin həlli istiqamətində fəaliyyət göstərsə də, heç bir nəticə yoxdur. Azərbaycan konkret nəticələr gözləyir. Ermənistan münaqişənin sülh yolu ilə həllində maraqlı deyil. Azərbaycan isə tam əksinə olaraq, münaqişənin sülh yolu ilə həllini istəyir. Dağlıq Qarabağın erməni icması birgə sülh şəraitində yaşamaqdan imtina edir.

Azvision.az



Teqlər: ATƏT   Qarabağ  





Xəbər lenti