Hərbi Dəniz Qüvvələri taktiki təlim keçirir

   Hərbi Dəniz Qüvvələri taktiki təlim keçirir
  17 Oktyabr 2019    Oxunub:1850
Azərbaycanın Xəzər dənizindəki ərazi sularında enerji infrastrukturunun mühafizəsi üzrə Hərbi Dəniz Qüvvələrinin (HDQ) taktiki təlimi keçirilir.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, gəmi taktiki qruplarının qarşılıqlı fəaliyyətdə döyüş əməliyyatlarının planlaşdırılması və aparılması məsələlərinin işlənilməsi üzrə keçirilən təlimin məqsədi gəmi birləşmələri tərkibində birgə fəaliyyətin təşkilidir.

Təlimdə qüvvələrin idarəolunması üzrə komandirlərin və qərargahların bacarıqları təkmilləşdirilir, gəmi birləşmələrinin döyüş tapşırıqlarının yerinə yetirilməsi hazırlıqları yoxlanılır.

Azvision.az


Teqlər: Gəmi   Təlim   HDQ  





Xəbər lenti