Fuad Qəhrəmanlının boşanma məhkəməsi yenə təxirə salındı

   Fuad Qəhrəmanlının boşanma məhkəməsi yenə təxirə salındı
  17 Oktyabr 2019    Oxunub:1686
Bu gün Abşeron Rayon Məhkəməsində hakim Elman Məmmədovun sədrliyi ilə Zümrüd Yağmurun boşanma ərizəsi əsasında həyat yoldaşı, AXCP sədrinin sabiq müavini Fuad Qəhrəmanlıya qarşı növbəti məhkəmə prosesi keçirilib.
Azvision.az -ın məlumatına görə, tərəflərdən heç biri və vəkilləri məhkəməyə gəlməyib. Hakim Elman Məmmədov prosesi 24 oktyabr tarixinə təxirə salıb.

Qeyd edək ki, Qəhrəmanlı Zümrüd İsrafil qızı cari ilin avqustun 1-də nikahın pozulması və yetkinlik yaşına çatmayan övladının ananın yanında qalması ilə bağlı Abşeron rayon məhəkəməsində iddia qaldırıb.

Xatırladaq ki, bundan əvvəlki iki məhkəmə prosesi Fuad Qəhrəmanlı və vəkili məhkəməyə gəlmədiyi üçün təxirə salınmışdı.

Amin Nəzərli
Azvision.az



Teqlər: FuadQəhrəmanlı   Məhkəmə   Boşanm   a  





Xəbər lenti