Bakıda ölümlə nəticələnən qəza olub

Bakıda ölümlə nəticələnən qəza olub
  17 Oktyabr 2019    Oxunub:1891
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Azvision.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən xəbər verir ki, Nəsimi rayonunun H.Ələsgərova küçəsində Bakı şəhər sakini R.Şərifovun idarə etdiyi “Opel” və İmişli rayon sakini N.Bağırovun idarə etdiyi “TOFAŞ” markalı avtomobillər toqquşub. Nəticədə N.Bağırovun avtomobilində olan sərnişinlərdən Astara rayon sakini Əli Səmədullazadə hadisə yerində ölüb.

Hadisə ilə bağlı Nəsimi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: Qəza   DİN   Yol  





Xəbər lenti