“Barış pınarı”: 8 gündə 702 terrorçu zərərsizləşdirilib

  “Barış pınarı”:  8 gündə 702 terrorçu zərərsizləşdirilib
  18 Oktyabr 2019    Oxunub:2390
Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında keçirdiyi “Barış pınarı” əməliyyatında zərərsizləşdirilən terrorçuların sayı artıb.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi yeni məlumat yayıb. Bildirilib ki, əməliyyat başlayandan indiyədək 702 PKK / PYD-YPG terrorçusu zərərsizləşdirilib. Hazırda antiterror əməliyyatları uğurla davam etdirilir.

Qeyd edək ki, Türkiyə ordusu oktyabrın 9-da Suriyanın şimalında “Barış pınarı” əməliyyatına başlayıb.

Azvision.az



Teqlər: Türkiyə   TSK   Barış-Pınarı   Suriya   Əməliyyat  





Xəbər lenti