Çavuşoğlu detalları açıqladı: “İstədiklərimizi aldıq” - (VİDEO)

Çavuşoğlu detalları açıqladı:  “İstədiklərimizi aldıq” - (VİDEO)
  18 Oktyabr 2019    Oxunub:5602
"PKK/YPG-nin 120 saat ərzində bölgəni tərk etməsi üçün "Barış Pınarı" əməliyyatına müvəqqəti ara veririk və bu, atəşkəs deyil".

Azvision.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. XİN rəhbəri deyib ki, YPG-nin əlində olan silahların yığılması və sursatların məhv edilməsi barədə razılığa gəlinib:
"Yalnız terror ünsürləri bölgəni tərk etdikdən sonra əməliyyatı dayandırmağımız müzakirə mövzusu ola bilər. ABŞ tərəfi əməliyyatın haqlılığını və hədəflərimizin qanuniliyini qəbul edib. Bu gün baş tutan müzakirələrdə prezidentimizin qətiyyətli mövqeyi nəticəsində istədiklərimizi aldıq".



Qeyd edək ki, bu gün paytaxt Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın vitse-prezidenti Maykl Penslə görüşüb. Mətbuata qapalı keçirilən görüş 4 saat 20 dəqiqə davam edib. Tərəflər Türkiyənin Suriyanın şimalında keçirdiyi "Barış pınarı" antiterror əməliyyat ilə bağlı müzakirələr aparıblar.

Kritik danışıqlardan sonra açıqlama verən M.Pens Suriyada atəşkəslə bağlı qərar qəbul edildiyini, YPG terror təşkilatının 5 gün ərzində bölgədən geri çəkiləcəyini bəyan edib. Terrorçuların Suriyanın şimalından çıxarılacağı təqdirdə Türkiyə hərbi əməliyyatı dayandıracağına söz verib.

Azvision.az


Teqlər: Türkiyə   Çavuşoğlu  





Xəbər lenti