Masallıda 30-dan çox uşaq günərzi xidmətlərlə təmin edilir

Masallıda 30-dan çox uşaq günərzi xidmətlərlə təmin edilir
  18 Oktyabr 2019    Oxunub:1496
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sifarişi ilə “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyi tərəfindən Masallı rayonunda yaradılan günərzi qayğı mərkəzinə 30-dan çox uşaq cəlb edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Azvision.az -a verilən məlumata görə, onlar aztəminatlı ailələrdən olan, çətin həyat şəraitində yaşayan, o cümlədən sağlamlıq imkanları məhdud uşaqlardır. 2018-ci ildən yaradılan mərkəzdə uşaqların maraq və qabiliyyətləri nəzərə alınaraq, müxtəlif dərnəklər vasitəsilə onların bacarıq və təxəyyülləri inkişaf etdirilir.

Onlara ev tapşırıqlarının hazırlanmasında köməklik göstərilir, həmçinin psixoloji dəstək həyata keçirilir.

Həmçinin sağlamlıq imkanları uşaqlarda zəruri özünəxidmət vərdişləri yaradılır. Uşaqların asudə vaxtının səmərəli təşkili məqsədilə müxtəlif tədbirlər, ekskursiyalar da təşkil olunur.

Azvision.az


Teqlər: ƏƏSMN  





Xəbər lenti