Bələdiyyə seçkilərinin vaxtı rəsmən açıqlandı

Bələdiyyə seçkilərinin vaxtı rəsmən açıqlandı
  18 Oktyabr 2019    Oxunub:6210
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
Azvision.az xəbər verir ki, iclasda Azərbaycanda növbəti bələdiyyə seçkilərinin təyin edilməsi məsələsinə baxılıb. Bələdiyyə seçkilərinin 2019-cü ilin dekabrın 23-də keçirilməsi barədə qərar qəbul edilib.

Daha sonra "Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı” təsdiq olunub.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MSK   Bələdiyyə   Seçki  





Xəbər lenti