“Gənclərə vəzifə verib, məhsuldar iş gözləməliyik” - Musa Quliyev

   “Gənclərə vəzifə verib, məhsuldar iş gözləməliyik” -    Musa Quliyev
  18 Oktyabr 2019    Oxunub:2005
Kadr islahatları həmişə olub. Lakin Prezident İlham Əlyevin son müşavirədəki tövsiyyələri gənclərin daha geniş şəkildə hakimiyyət orqanlarında təmsil olunmasına şərait yaradacaq.

Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin deputatı Musa Quliyev deyib.
Onun sözlərinə görə, oktyabrın 15-də keçirilmiş iqtisadi müşavirdə Prezidentin çıxışında ən aktual məsələlərdən biri gənc kadrlarla bağlı olub. Deputat hesab edir ki, perspektivli gənclərin vəzifəyə təyin edilməsi artıq zamanın tələbidir:

“Prezident doğru olaraq vurğuladı ki, biz bu gün müasir çağırışlara cavab verə biləcək, yüksək ali təhsilli, dünyada gedən proseslərdən baş çıxaran, müasir texnologiyanı dərindən bilən, kreativ ideyalı və çevik düşüncəli gəncləri irəli çəkməliyik, onlara vəzifələr verməliyik, onlara daha məsuliyyətli işlər verməliyik və məhsuldar iş gözləməliyik. Prezident İlham Əliyevin 2018-ci ilin aprelində seçkilərdən sonra etdiyi təyinatlar artıq bəhrəsini verir. Gənc nazirlər, nazir müavinləri, agentlik rəhbərləri təyin olundu. Bu gün onlar gözəl şəkildə işləyir, islahatlar uğurla gedir və Azərbaycanın sosial-iqtisadi sahədə yeni uğurlarına şahid oluruq. Prezident həmçinin müşavirədə Baş nazirə tövsiyyə etdi və tapşırılarını verdi ki, bütün sahələrdə gəncləşdirmə siyasətini aparmaq lazımdır və kreativ gəncləri vəzifələrə təyin etmək lazımdır”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Musa-Quliyev   Deputat  





Xəbər lenti