Kür çayında suyun səviyyəsi 18 santimetr artıb

Kür çayında suyun səviyyəsi 18 santimetr artıb
  18 Oktyabr 2019    Oxunub:1515
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçayda sululuq ongünlük normaya yaxın olmaqla onun 90 faizini, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçayda sululuq ongünlük normadan az və normaya yaxın olmaqla 30-90 faizini, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan az olmaqla 30-70 faizini təşkil edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azvision.az -a verilən məlumata görə, oktyabrın 18-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 130 kubmetr təşkil edir ki, bu da ongünlük normadan az olmaqla onun 77 faizinə bərabərdir.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə qeydə alınmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 43 kubmetrə bərabərdir. Bu da ongünlük normadan az olmaqla onun 40 faizini təşkil edir.

Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsi 3 santimetr azalıb. Hazırda məntəqədə su sərfi saniyədə 57 kubmetr təşkil edir ki, bu da ongünlük normadan az olmaqla onun 78 faizinə bərabərdir.

Oktyabrın 18-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 18 santimetr artaraq 331 santimetr təşkil edib. Şirvan məntəqəsində suyun səviyyəsi 2 santimetr artaraq 181 santimetr olub. Salyanda suyun səviyyəsi 10 santimetr azalıb və 114 santimetrə bərabər olub. Bankə məntəqəsində isə suyun səviyyəsi dəyişməyərək 155 santimetr təşkil edib. Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsi 15 santimetr azalaraq 30 santimetr olub.

Azvision.az


Teqlər: ETSN   Kür   Çay  





Xəbər lenti