Rusiyada bənd uçub, 15 nəfər ölüb - Yenilənib

 Rusiyada bənd uçub, 15 nəfər ölüb -  Yenilənib
  19 Oktyabr 2019    Oxunub:3295
Rusiyanın Krasnoyarsk diyarında su anbarının bəndinin uçması nəticəsində ölənlərin sayı artıb.
Azvision.az TASS-a istinadən xəbər verir ki, hadisə zamanı ölü sayı 15 nəfərə çatıb. Yaralılardan bir neçəsinin vəziyyəti ağır qiymətləndirilir.

***
(09: 28)

Rusiyanın Krasnoyarsk diyarının Kurqan rayonunda Seyba çayında quraşdırılan bəndin uçması nəticəsində 12 nəfər ölüb, 13 nəfər itkin düşüb.

Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirlyi məlumat yayıb. Bildirilib ki, hadisə zamanı 19 nəfər xəsarət alıb.

Ərazidə yerləşən qəsəbədə işçilər üçün nəzərdə tutulan iki yataqxana su altında qalıb. Hazırda itkin düşən şəxslərin axtarışları davam edir, təbii fəlakətin aradan qaldırılması istiqamətində işlər görülür.

Azvision.az



Teqlər: Rusiya  





Xəbər lenti