Bakıda “küçə sənətçiləri” arasında seçim aparıldı

  19 Oktyabr 2019    Oxunub : 1469
 Bakıda “küçə sənətçiləri” arasında seçim aparıldı
Bakıda “küçə sənətçiləri”nin seçimi başa çatıb, 18 nəfərin fəaliyyətinə icazə verilib.

Bu barədə Azvision.az -a Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Rüfət Bağırov məlumat verib. Onun sözlərinə görə, paytaxtda küçə sənətçilərinin fəaliyyət göstərməsi üçün Daxili İşlər Nazirliyinə müraciət edilib.
"Seçim üçün müraciət edənlər çox olsa da, onlardan 18 nəfər seçildi. Həmin şəxslər hələlik fəaliyyətə başlamayıblar. Onların adlarını Daxili İşlər Nazirliyinə göndərmişik ki, fəaliyyət göstərmələrinə icazə verilsin. Yəqin ki, 2-3 günə nazirlikdən cavab alacağıq".

R.Bağırov qeyd edib ki, seçilən şəxslər arasında musiqiçilər, rəssam, pantamimo aktyoru, canlı heykəl də var.

Aytən Zəhra
Azvision.az

Teqlər: Küçə   Musiqi   Sənətçi   Seçim