Qanunsuz aksiya cəhdinin qarşısı alınıb, saxlanılanlar var - Yenilənib

Qanunsuz aksiya cəhdinin qarşısı alınıb, saxlanılanlar var -  Yenilənib
  19 Oktyabr 2019    Oxunub:14612
"Qanunsuz aksiyaya cəhd edən insanlar olub, onların qarşısı polis tərəfindən qətiyyətlə alınıb"

Azvision.az xəbər verir ki, bunu Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis polkovniki Nurullah Məmmədxanlı deyib.
"Saxlanılanlar var. Onlar təxribat törətmək məqsədilə ictimai asayişi pozmağa cəhd etdilər, qarşıları qətiyyətlə alındı", - deyə İdarə rəisi bildirib.

***
Müxalifətin özünü Milli Şura adlandıran radikal qrupu Bakının mərkəzində qanunsuz aksiya keçirməyə cəhd edib.

Azvision.az -ın məlumatına görə, "28 May" metrostansiyasına yaxın ərazilərdə toplaşan azsaylı radikalların mitinq planı baş tutmayıb. Ərazidə xidmət aparan polis əməkdaşları qanunsuz aksiyaya cəhdin qarşısını alıblar.

Azvision.az



Teqlər: Milli-Şura   Mitinq  





Xəbər lenti