Bakıda möhtəşəm konsert keçirilib - FOTOLAR
Azvision.az xəbər verir ki, konsertdə bir çox tanınınmış şəxslər, ziyalılar, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib. Konsert “Natiq” ritm qrupu və “Mirvari” rəqs qrupunun birgə təqdimatında “Qarabağ” kompozisiyası ilə başlayıb.
Musiqili gecədə, həmçinin Rusiyada yaşayıb-fəaliyyət göstərən tanınmış azərbaycanlı ifaçılar Elman, Ellai, BahhTee konsertdə xüsusi qonaq qismində iştirak edərək, populyar kompozisiyalarını ifa ediblər.
Sonra müğənni-bəstəkar, Azərbaycanın Xalq artisti EMİN çıxış edib. O, repertuarından bir sıra məşhur mahnılarını ifa edib. EMİN Azərbaycana həsr olunan mahnısını isə konsertdə iştirak edən digər sənətçilər və tamaşaçılarla birlikdə oxuyub.
Heydər Əliyev Mərkəzinin parkında təşkil olunan bayram konsertində Azərbaycan bayrağı dalğalandıran minlərlə insan iştirak edib.
Azvision.az
Teqlər: Konsert