Düşmən atəşkəsi 22 dəfə pozub

  Düşmən atəşkəsi 22 dəfə pozub
  21 Oktyabr 2019    Oxunub:1490
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində, İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Tağıbəyli, Baş Qərvənd, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Azvision.az


Teqlər: MN   Atəşkəs  





Xəbər lenti