Türkiyə səfirliyində yeni müşavir təyinatı

Türkiyə səfirliyində yeni müşavir təyinatı
  21 Oktyabr 2019    Oxunub:2174
Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin edilib.
Azvision.az xəbər verir ki, bu gün yeni müşavir Hüseyn Altın Alanın media nümayəndələri ilə tanışlıq görüşü keçirilib. O bildirib ki, Azərbaycanda çalışmağa başlamazdan əvvəl 25 il jurnalist fəaliyyəti ilə məşğul olub.

"İşim ilə əlaqədar tez-tez Azərbaycanda olmuşam. Azərbaycan mənim də ölkəmdir. Burada olmaqdan, müşavir kimi fəaliyyətə başlamaqdan çox şadam. Əminəm ki, Azərbaycan media nümayəndələri ilə sıx işləyəcəyik".

P.Sultanova
Azvision.az


Teqlər: Türkiyə   Müşavir  





Xəbər lenti