“Yarmarkanın son günlərində ciddi endirimlər olub” - Nazirlik rəsmisi

“Yarmarkanın son günlərində ciddi endirimlər olub” -   Nazirlik rəsmisi
  21 Oktyabr 2019    Oxunub:1934
"Yarmarkada bal məhsullarının qiymətini tələb və təklif müəyyənləşdirirdi. Əlbəttə, kənarda olan alış-satışlar da qiymətə təsir edirdi"
Azvision.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov deyib. O bildirib ki, yarmarka ilə yanaşı, digər obyektlərdə də bal məhsullarının satışı təşkil edilib.

"Satıcılar yarmarkanın son günlərində ciddi endirimlər etdilər. Bundan başqa, 5 Oktyabr - Müəllimlər Günü ilə əlaqədar təhsil işçilərinə 20 faiz endirim tətbiq edilmişdi. Aqrar Tədqiqatlar Mərkəzi qiymətlərlə bağlı araşdırma aparıb. Araşdırmanın nəticəsinə əsasən, 2475 nəfərdən 87 faizi qiymətlərdən razı olduğunu,11 faizi qismən razı olduğunu, 2 nəfər isə razı olmadığını bildirib".

V.Hüseynov qeyd edib ki, bir çox arıçılar qiymətləri aşağı salmayıb: "O, balına əmin olduğunu və il boyu balını satacağını deyir. Bir kateqoriya alıcı var ki, qiymətləri endirdi. Bundan əlavə, "Şəki balı" yazılıbsa, o demək deyil ki, Şəki balıdır. Çünki arıları mütəmadi olaraq dağdan Arana və əksinə gəzdirirlər. Balın qiymətinin formalaşmasına təsir edən əsas məqamlardan biri də nəqliyyat xərcləridir".

Aytən Zəhra
Azvision.az


Teqlər: Yarmarka   Bal   Nazirlik  





Xəbər lenti