Bu il Azərbaycanda 524 nəfər İİV-ə yoluxub

   Bu il Azərbaycanda 524 nəfər İİV-ə yoluxub
  21 Oktyabr 2019    Oxunub:1968
Səhiyyə Nazirliyinin QİÇS-lə Mübarizə Mərkəzinin məlumatına əsasən, Azərbaycan vətəndaşları arasında cari ilin doqquz ayında İİV-ə yoluxma hallarının 9,9 faizi, ümumiliklə isə 1987-ci ildən 2019-cu il oktyabrın 1-dək yoluxma hallarının 41,1 faizi inyeksion narkotik istifadəsi nəticəsində baş verib.
Bu barədə Azvision.az -a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib.

Bildirilib ki, ümumilikdə 1988-ci ildən İİV infeksiyası aşkarlanmış 7932 nəfərdən 3258 xəstə inyeksion narkotik istifadəçiləri olublar. Onların da 2564 nəfəri (79,3 faiz) dispanser qeydiyyatına götürülüblər.

Bundan əlavə, ölkədə İİV-ə narkomanların yeni yoluxma hadisələrinin sayında azalma müşahidə edilib. Bu ilin doqquz ayında İİV-ə yoluxmuş 524 nəfər Azərbaycan vətəndaşının 34 (9,9 faiz) nəfəri inyeksion narkotik istifadəçisi olub.

Azvision.az



Teqlər: İİV   Komissiya  





Xəbər lenti