DİN: “Tofiq Yaqublu müayinədən keçirilib, patoloji hal aşkar edilməyib”
“Bu gün Tofiq Yaqublu da özünü yaxşı hiss etməməsi, ağrılarının olması ilə bağlı müraciət edib. Ona görə də o, DİN-in Hospitalına aparılıb. T. Yaqublu orada bütün müvafiq müayinələrdən keçirilib, onda heç bir patoloji hal aşkar edilməyib. Bütün müayinələrin protokolları ona təqdim olunub, özü də imzalayıb. Müayinələrdən sonra Tofiq Yaqublu yenidən inzibati həbs yerinə qaytarılıb”.
Ehsan Zahidov bildirib ki, Tofiq Yaqublu DİN-in Hospitalındakı həkimlərin müayinəsinə inanmasa, inzibati həbsi başa çatandan sonra istənilən xəstəxanaya gedib yenidən müayinələrdən keçə bilər.
Azvision.az
Teqlər: Tofiq-Yaqublu DİN Ehsan-Zahidov