Əli Həsənov: “Ömrümün axırınacan Əliyevçiyəm”

  21 Oktyabr 2019    Oxunub : 1055
 Əli Həsənov: “Ömrümün axırınacan Əliyevçiyəm”
"Ömrümün axırınacan Əliyevçiyəm və Əliyevçi də olaraq qalacağam"
Azvision.az xəbər verir ki, bunu Əli Həsənov Baş Nazirin müavini vəzifəsindən azad edilməsi ilə bağlı verdiyi ərizəsi ilə əlaqədar oktyabrın 21-də Prezident İlham Əliyev tərəfindən qəbul edilərkən bildirib.

"Mən 51 illik fəaliyyətim dövründə 20 il ulu öndər Heydər Əliyevin, son 16 ildə isə Sizin rəhbərliyiniz altında çalışmışam. İndi ünvanıma dediyiniz sözlər mənim üçün ən böyük qiymətdir. İnsan üçün bundan böyük nə ola bilər?! Ümumiyyətlə, 20 il Ulu Öndərin, 16 il ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin, - hansı ki, bu gün dünya prezidentləri arasında öz layiqli yerini tutub və onun heç əvəzi də yoxdur, - rəhbərliyi altında çalışasan və belə bir Prezidentdən bu cür qiymət almaq, hansı ki, Siz sadaladınız, insana bundan böyük nə lazımdır?! Ulu Öndərimizin və Sizin rəhbərliyiniz altında işləmək mənim ən böyük qazancım olub. Ömrümün axırınacan Əliyevçiyəm və Əliyevçi də olaraq qalacağam. Ölkə Prezidentinin bir vəzifəli şəxs haqqında bu cür sözlər söyləməsindən, onun gördüyü işlərə bu cür qiymət verməsindən yaxşı nə ola bilər?! - deyə Ə.Həsənov vurğulayıb.

Azvision.az

Teqlər: Əli-Həsənov