Zambiyanın XİN rəhbəri Bakıya gəlir

Zambiyanın XİN rəhbəri Bakıya gəlir
  22 Oktyabr 2019    Oxunub:1613
Zambiyanın xarici işlər naziri Cozef Malanji Azərbaycana səfər edəcək.
Azvision.az xəbər verir ki, bu barədə "Daily-mail"ə Zambiyanın Azərbaycandakı qeyri-rezident səfiri Cozef Chilengi məlumat verib.

Onun sözlərinə görə, XİN rəhbəri 24-25 oktyabr tarixlərində Bakıda keçiriləcək Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının Zirvə görüşündə iştirak edəcək. Nazir sammitdə prezident Edqar Lunqu təmsil edəcək.

P.Sultanova
Azvision.az


Teqlər: Zambiya   XİN  





Xəbər lenti