Rövzət Qasımov MSK-ya üzv seçildi

  22 Oktyabr 2019    Oxunub : 1037
 Rövzət Qasımov MSK-ya üzv seçildi
Milli Məclisin heç bir siyasi partiyaya mənsub olmayan deputatlarını MSK-da təmsil etmək üçün yeni üzv müəyyənləşib.
Azvision.az xəbər verir ki, Milli Məclisin müstəqil deputatlarının yığıncağına sədrlik edən parlament sədrinin müavini Valeh Ələsgərovun adından spiker Oqtay Əsədova müraciət ünvanlanıb.

Müraciətə əsasən, Seçki Məcəlləsinin 24-cü maddəsinə uyğun olaraq, Milli Məclisin heç bir siyasi partiyaya mənsub olmayan deputatlarını MSK-da təmsil edəcək Rövzət Qasımovun namizədliyi parlamentin müzakirəsinə təqdim olunub.

Bu gün keçirilən iclasda məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

Qeyd edək ki, R.Qasımov MSK Katibliyinin müdiridir.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: MSK   Üzv   RövzətQasıımov