Baş prokuror Siyəzəndə qəbul keçirəcək

Baş prokuror Siyəzəndə qəbul keçirəcək
  22 Oktyabr 2019    Oxunub:1568
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Zakir Qaralov cari il oktyabrın 25-də saat 10:00-da Siyəzən rayon prokurorluğunun inzibati binasında Siyəzən və Xızı rayon sakinlərinin qəbulunu keçirəcək.
Baş Prokurorluqdan Azvision.az -a verilən məlumata görə, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Siyəzən rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Azvision.az



Teqlər: Baş-Prokuror   Qəbul  





Xəbər lenti