Suriya Bakı sammitində təmsil olunacaq - XİN təsdiqlədi

Suriya Bakı sammitində təmsil olunacaq -  XİN təsdiqlədi
  22 Oktyabr 2019    Oxunub:3535
Suriya Qoşulmama Hərəkatının Bakıda keçiriləcək 18-ci Zirvəsi toplantısında təmsil olunacaq.

Bu barədə Azvision.az -a Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva məlumat verib. Onun sözlərinə görə, quruma üzv olan bütün dövlətlərin nümayəndələri Bakı sammitində iştirak edəcəklər.
“Suriya da Qoşulmama Hərəkatının üzvü olaraq hansı səviyyədə təmsilçilikdən asılı olmayaraq, sammitdə iştirak edəcək", - deyə XİN rəsmisi əlavə edib.

Qeyd edək ki, Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Bakı Zirvə Görüşü 2019-cu il 25-26 oktyabr tarixlərində keçiriləcək.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: XİN   Suriya  





Xəbər lenti