Ermənistan polisində “təmizləmə” - Köhnə kadrlar işdən qovulur

  22 Oktyabr 2019    Oxunub : 1262
Ermənistan polisində “təmizləmə” - Köhnə kadrlar işdən qovulur
Ermənistan polisinin sabiq rəisi Valeri Osipyanın kadrları işdən qovulur.
Azvision.az xəbər verir ki, bu barədə "Hraparak" nəşri yazıb. Nəşrin məlumatına görə, son günlər Ermənistan polisində ciddi kadr dəyişiklikləri baş verir. Polisin müvəqqəti rəhbəri Arman Sarkisyan öz yaxın adamlarını əsas vəzifələrə təyin edir.

Osipyanın rəhbərliyi zamanı polisin daxili təhlükəsizlik şöbəsinin müdiri təyin edilmiş Robert Smbatyan artıq vəzifəsindən azad edilib.

Bundan əlavə, Qeqarkun və Vayotszor, Araqatson və bir sıra digər bölgələrin polis rəisləri işdən çıxarılıb. Sarkisyan Araqatson və Syunik bölgələrinə özünün tələbə yoldaşlarını təyin edib.

Xatırladaq ki, bu ilin sentyabrın 18-də Valeri Osipyan Ermənistan polisinin rəisi vəzifəsindən azad edilib. Baş nazir Nikol paşinyan onu müşaviri təyin etsə də, oktybarın 8-də istefaya göndərib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Ermənistan