Maduronun Bakıya gələcəyi gözlənilir - RƏSMİ

Maduronun Bakıya gələcəyi gözlənilir -  RƏSMİ
  22 Oktyabr 2019    Oxunub:4762
Venesuela Prezidenti Nikolas Maduronun Qoşulmama Hərəkatının Bakıda keçiriləcək zirvə toplantısında iştirakı gözlənilir.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər nazirinin müavini Ramiz Həsənov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

R.Həsənov vurğulayıb ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrovun zirvə toplantısında iştirakı gözlənilsə də, bu, baş tutmaya bilər.

Qeyd edək ki, Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Bakı Zirvə Görüşü 2019-cu il 25-26 oktyabr tarixlərində keçiriləcək.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: XİN   Madurov  





Xəbər lenti