“Onların məqsədi islahatları dayandırmaq idi” - Vitse-spiker

“Onların məqsədi islahatları dayandırmaq idi” -    Vitse-spiker
  22 Oktyabr 2019    Oxunub:1550
“Azərbaycan dövləti özünü təsdiq edib. Bunu şübhə altına alan hər bir müzakirədən kənar durmalıyıq. Oktyabrın 19-da icazəsiz aksiya keçirənlərin arzasında hansı qüvvələrin dayandığı, məqsədləri məlumdur. Qanundan kənar, qanuna zidd fəaliyyət həyata keçirmək istədilər. Müəyyən sosial narazılıqları olan təbəqələri də bura cəlb etmək istəyiblər. Arxasında erməni maliyyəsi dayanan, Ermənistanın, erməniçiliyin maraqlarına xidmət edənlərin sifarişini yerinə yetirən insanların iştirakı ilə aksiya keçirmək istədilər. Bunların özü çox şey deyir. Məqsəd Azərbaycandakı islahatları dayandırmaq, dövləti sarsıtmaq idi”
Azvision.az xəbər verir ki, bunu bu gün Milli Məclisin bu gün keçirilən plenar iclasında vitse-spiker Bahar Muradova bildirib.

B.Muradova qeyd edib ki, onların məqsədlərinə çatmaq üçün heç bir imkanı yoxdur: "Onlardan bunu hansısa kütlə, təbəqə gözləmir. Söhbət ondan gedir ki, gənclərimizin bir çoxu 1990-cı illəri görməmişdilər. Onların təsəvvüründəki Azərbaycan bugünkü Azərbaycandır. Onların hansısa xaosun, anarxiyanın bu millətə, bu dövlətə nə verə biləcəyi barədə tam təsəvvürləri yoxdur. Mən hesab edirəm ki, bu baxımdan bu adamlara da bir təşəkkür düşür. Həmin adamlar bu qanunsuz aksiyanı keçirməyə cəhd etməklə 1990-cı illər haqqında təsəvvürü olmayan gənclərə, geniş əhali kütləsinə bir daha xatırlatdılar ki, qanundan kənar hərəkətlər nəyə gətirib çıxara bilər. Öz maraqlarını, ambisiyalarını xalqın, dövlətin maraqlarından üstün tutmağın nəyə başa gələ biləcəyini göstərdilər. Onlar bunu yaxşı bacardılar, elə bacardıqları da budur. Ona görə də düşünürəm ki, Azərbaycan dövləti hər zaman oluduğ kimi bu cür hərəkətlərin qiymətini hüquqi müstəvidə verməklə yanaşı, öz yoluna davam edəcək. Eyni zamanda Ermənistanı gücdən salan siyasətini davam etdirəcək və Azərbaycanı dünyada nüfuz sahibi edən siyasətini xalqla birlikdə aparacaq. Bu gün Azərbaycanın, dövlətin, xalqın maraqlarını hər şeydən üstün tutan Prezident, Prezident-xalq birliyi, vətənldaşların mütləq əksəriyyətinin həmrəyliyi var. Bu həmrəylik oktyabrın 20-də Heydər Əliyev Mərkəzinin qarşısındakı aksiyada özün göstərdi. Azərbaycana məhz belə aksiyalar yaraşır”.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Bahar-Muradova   Mitinq   Aksiya  





Xəbər lenti