YAP rəsmisi: “Əvvəllər intiharı da iqtidarın üzərinə atırdılar”

YAP rəsmisi:  “Əvvəllər intiharı da iqtidarın üzərinə atırdılar”
  22 Oktyabr 2019    Oxunub:3319
“Əvvəllər hər hansı intihar hadisəsi olanda müxalifət iqtidarın üzərinə atırdı ki, ehtiyacdan intihar edib. Sonra məlum olurdu ki, həmin insanın ehtiyacı olmayıb. Statistikaya baxsaq, görərik ki, Skandinaviyada intihar Əfqanıstandan daha çoxdur”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

S.Novruzov çıxışında televiziyalarda yayımlanan serialları da tənqid edib: “Bəzi verilişlərdə zorakılıq təbliğ olunur. Seriallarda kimisə öldürürlər, kimisə qəbirdə gizlədirlər. Azərbaycanda türkçülük, qafqazçılıq, avropaçılıq var. Bu məsələnin üzərində alimlərimiz işləməlidirlər. Bir rayonda 3 dəfə bir seriala baxırlar, başlayır dəyişməyə, serialdakı kimi danışmağa. Televizyialarda Bədii Şuralar yaradıldı. Bir çoxlarının beynində sovet dövründəki Bədii Şura keçirdi ki, kimisə efirə çıxmağa icazə verməyəcəklər. Düşünmədilər ki, artıq sosial təbəqələr var, burada verməyəcəksən, sosial şəbəkədə verəcəklər. Əsas maarifləndirmə olmalı, maarifləndinmə işləri aparılmalıdır”.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: SiyavuşNovruzov  





Xəbər lenti