Azərbaycanda yeni medal təsis edilib

Azərbaycanda yeni medal təsis edilib
  22 Oktyabr 2019    Oxunub:1787
Azərbaycanda “Diaspor fəaliyyətində xidmətə görə” medalı təsis olunub.
Azvision.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanununa dəyişiklik edilib.

Bu medal ilə Azərbaycan vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan diasporunun fəaliyyətinə verilən mühüm töhfəyə, diasporun Azərbaycan Respublikası ilə əlaqələrin möhkəmləndirilməsi, beynəlxalq aləmdə Azərbaycanla bağlı obyektiv informasiyanın yayılmasında göstərilən xidmətlərə, Azərbaycan dilinin və mədəniyyətinin xarici ölkələrdə təbliğinə verilən töhfəyə, Azərbaycan Respublikasının beynəlxalq aləmdə ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafında səmərəli fəaliyyətinə görə təltif olunacaqlar.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Medal   Milli-Məclis  





Xəbər lenti