İlham Əliyev Putinə başsağlığı verib

 İlham Əliyev Putinə başsağlığı verib
  22 Oktyabr 2019    Oxunub:2693
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı verib.
Azvision.az xəbər verir ki, başsağlığı məktubunda deyilir: "Hörmətli Vladimir Vladimiroviç.

Krasnoyarsk diyarında insan tələfatı ilə nəticələnmiş faciə barədə xəbər məni dərindən kədərləndirdi.

Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına səmimi qəlbdən başsağlığı verir, zərərçəkənlərin tezliklə sağalmasını arzu edirəm".

Azvision.az



Teqlər: Prezident   İlham-Əliyev   Putin  





Xəbər lenti