Bakıda sərnişin avtobusu piyadanı vurub

Bakıda sərnişin avtobusu piyadanı vurub
  22 Oktyabr 2019    Oxunub:1276
Binəqədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, rayonun Biləcəri qəsəbəsi ərazisində yolu keçən paytaxt sakini Kəmalə Əliyevanı Bakı şəhər sakini İ.Hacıyev idarə etdiyi “Daewoo” markalı avtobusla vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Avtobus   Piyada  





Xəbər lenti